AZ

ABŞ Dövlət Departamenti rusiyalı təbliğatçılara qarşı yeni sanksiyaları şərh edib

Dövlət Departamenti demokratik təsisatları qorumaq məqsədilə ABŞ seçkilərinə müdaxilədə iştirak edən ruslara qarşı əlavə məhdudiyyətlər tətbiq edildiyini və bir neçə rus “media”sının Amerika ərazisində zərərli fəaliyyətlə məşğul olan xarici nümayəndəliklər siyahısına daxil edildiyini açıqlayıb.

32gun.az xəbər verir ki, bunu çərşənbə günü Vaşinqtonda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

"Bu gün Dövlət Departamenti demokratik təsisatlarımızın bütövlüyünü qorumaq üçün üç konkret addım atır", - xarici siyasət idarəsinin nümayəndəsi qeyd edib.

Onun sözlərinə görə, Dövlət Departamenti müəyyən şəxslər üçün viza məhdudiyyətləri ilə bağlı yeni siyasətin tətbiqini elan edir. Bu, “Kreml tərəfindən dəstəklənən “media təşkilatları” adından fəaliyyət göstərən, bu təşkilatlardan məxfi fəaliyyətləri işıqlandırmaq üçün istifadə edən və ABŞ qanunlarına uyğun olaraq pis niyyətli cəhdlərə görə məsuliyyət daşıyan və ya iştirakçı olanlara” aiddir. Eyni zamanda Miller qeyd edib ki, ABŞ hökuməti məhdudiyyətlərə məruz qalan rusların siyahısını əvvəlcədən açıqlamayacaq.

Dövlət Departamenti “Rossiya Seqodnya” media qrupunu və onun törəmə şirkətləri olan “RİA-Novosti”, “TV-Novosti”, “Ruptly” və “Sputnik”i rəsmi olaraq Rusiya hökumətinin de-fakto nəzarətində olan xarici missiyalar kimi təyin edib. ABŞ qanunlarına görə, bu təşkilatlar və orada işləyən şəxslər ABŞ-dakı bütün işçiləri barədə Dövlət Departamentinə hesabat verməli və sahib olduqları bütün daşınmaz əmlakı açıqlamalıdırlar.

Dövlət Departamenti ABŞ seçkilərinə potensial xarici müdaxilə cəhdləri haqqında məlumat üçün mükafat elan edib.

"Bu addımlar Ədliyyə Nazirliyinin bu gün elan etdiyi hüquq-mühafizə orqanlarının hərəkətlərinə, həmçinin ABŞ Maliyyə Nazirliyinin tətbiq etdiyi yeni sanksiyalara əlavədir", - Miller vurğulayıb.

Xatırladaq ki, çərşənbə günü ABŞ hökuməti Moskvanın ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərinə təsir etmək cəhdlərinə hökumətin koordinasiyalı cavabı çərçivəsində on şəxs və iki təşkilata qarşı sanksiyalar elan edib.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
32gun.az

1Mənbələr