AZ

İmamoğlu iqtidarı hədələdi: "Hodri meydan, millət sizi evinizə yollayar" - Ədliyyə naziri "Heç kim məhkəməyə barmaq silkələyə bilməz" dedi

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu siyasi fəaliyyətinə məhkəmə qaydasında qadağa qoyulacağı barədə suala çox sərt cavab verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, “Sözcü” telekanalında müsahibəsində bu barədə sualı iqtidara kəskin mesajla cavablandırıb: 

"Bilirsiniz ki, məni guya dövlət məmurunu təhqir etmək ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzası kəsilib. Bununla yanaşı, siyasi fəaliyyətimizi əngəlləmək niyyətinə düşənlər də var.  Buradan deyirəm, hodri meydan. Cəzamı kəsəksəksiz? Buyurun kəsin. Sizə söz: bu millət ayağa qalxar. Bu millət Ali Məhkəmə qərar verənə qədər o vaxtı gözləməz, sizi evinizə yolayar. Onun üsulu bəllidir. Erlən seçki gəlir".

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun bu ultimatumuna ədliyyə naziri Yılmaz Tunç reüakisya verib. O, davam edən bir işlə bağlı təhdid xarakterli açıqlamalar verməyin düzgün olmadığını deyib: "Heç kim məhkəmə üzvlərini qorxuda bilməz. Təbii ki, məhkəmə qərarlarını tənqid etmək olar. Ancaq kimsə məhkəməni təhdi edə, ona barmaq silkələyə bilməz".

Fürudin Səfərli

MİA.AZ

Seçilən
111
mia.az

1Mənbələr