AZ

Rusiya Abxaziyanı cəzalandırırmış – Sosial ödənişlərin dayandırılmasının ilginc səbəbi

Rusiya Abxaziyada sosial ödənişləri Suxumi tərəfindən yerinə yetirilməmiş bir sıra öhdəliklərə görə dayandırıb.

Musavat.com RBC-ya istinadən xəbər verir ki, bunu Abxaziyanınn xarici işlər naziri Sergey Şamba deyib.

Onun sözlərinə görə, maliyyə yardımının bərpası üçün Abxaziya iqtisadi məsələlər üzrə məhkəmə və arbitraj qərarlarının tanınması və icrası haqqında ikitərəfli sazişi ratifikasiya etməli; rusiyalı hüquqi şəxslərin Abxaziyada investisiya layihələri həyata keçirməsinə icazə verən sazişin qüvvəyə minməsini təmin etməli və kommersiya daşınmaz əmlak bazarında rusiyalı investorlara qoyulan məhdudiyyətləri aradan qaldırmalıdır.
Eyni zamanda, nəşrin yazdığına görə, Moskva daha bir neçə addım atmağa hazırlaşır. Xüsusilə payız-qış aylarında elektrik enerjisi Abxaziyaya kommersiya əsasında veriləcək. Bundan əlavə, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri abxaz deputatlarla təmasları minimuma endirirlər.

RBC yazır ki, digər məqam Moskvanın “Rusiya Federasiyasının maraqlarına və Rusiya-Abxaz münasibətlərinin inkişafına xələl gətirən” Rusiya vətəndaşlığı olan Abxaziya parlamentinin üzvləri və müxalifət liderləri haqqında məlumatların verilməsini tələb etməsidir.

Sentyabrın 4-də Şamba xəbər verib ki, Rusiya Abxaziyada həkim və müəllimlərə sosial ödənişləri dayandırıb. O, yaranmış vəziyyətə görə məsuliyyəti respublikanın hakimiyyət orqanlarının üzərinə qoyub və Rusiya ilə münasibətləri bərpa etməyə çağırıb: “Aydındır ki, son vaxtlar müttəfiqlərimiz arasında xeyli narazılıq yaranıb. Münasibətlər əhəmiyyətli dərəcədə dəyişdi. Başlanğıcda belə deyildi”.

 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
4
musavat.com

5Mənbələr