AZ

“Düşünürəm ki, bu məlumat Lukaşenkoya çatdırılıb…”

...Bu arada Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının keçmiş spikeri, hərbi ekspert Vladislav Seleznev TSN-ə müsahibəsində Lukaşenkonun Rusiya tərəfindən müharibəyə girəcəyi təqdirdə Belarus ərazisində Ukrayna ordusunun hədəfinə çevrilə biləcək obyektlər barədə danışıb.

SİA-nın əldə etdiyi məlumata görə, Belarusun ərazisininRusiyadan dəfələrlə kiçik olduğunu deyən Seleznev, Belarus büdcəsinin formalaşmasında əsas rol oynayan bir çox obyektin olduğunu da diqqətə çatdırıb.

Seleznevun dediyinə görə, onların hamısı Ukrayna raketlərinin və pilotsuz təyyarələrinin uçuş məsafəsindədir. Belarus ordusunun Ukraynaya birbaşa təcavüzü halında, mən əminəm ki, ağır sənaye obyektləri və yanacaq-energetika kompleksi məhv ediləcəyinə zəmanət veriləcək.

Düşünürəm ki, bu məlumat Lukaşenkoya çatdırılıb.

…Ukrayna kəşfiyyatının məlumatına görə, bir müddət bundan əvvəl Belarus ordusu və “vaqneritləri” Ukrayna ilə sərhədə çəkib.

Kiyev isə Minskdən qoşunlarını geri çəkməsini tələb edir.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
sia.az

1Mənbələr