AZ

Finlandiyada hakimiyyət rus məktəbini bağlamaq istəyir

Finlandiyada hakimiyyət “milli təhlükəsizliyə potensial təhlükə” səbəbindən ölkənin şərq hissəsindəki Fin-Rusiya məktəbini bağlamaq niyyətindədir. 

32gun.az bildirir ki, bu barədə “İltalehti” qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib.

Formal olaraq yerli hakimiyyət üç filialı olan Şərqi Finlandiya Məktəbini tələbələrin sayının azalması səbəbindən bağlamaq istəyir. Eyni zamanda, qəzetin mənbələri məsələnin Finlandiyanın milli təhlükəsizliyi üçün potensial təhlükə olduğunu bildiriblər. Hakimiyyət rusların Finlandiyada öz məktəblərinin olmasına icazə vermək istəmir. Bundan əlavə, onlar “rusiyapərəst təbliğatdan” qorxurlar.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
32gun.az

1Mənbələr