AZ

Şuşa sakini: Sözlə ifadə olunmayan xoş hisslər keçiririk

Bakı, 5 sentyabr, AZƏRTAC

Sözlə ifadə olunmayan xoş hisslər keçiririk. Deyiləcək sözlərimiz həddən artıqdır və çox xoşdur. Ən böyük istəyi gerçəkləşən insan necə olmalıdır?!

AZƏRTAC xəbər verir ki, bu fikirləri bu gün Şuşa şəhərinə köç edən Ləman Qasımova bildirib.

Sakin ona bu şəraiti yaradanlara öz təşəkkürünü bildirib: "Hər kəsə - bu işdə əməyi olan bütün insanlara, qurumlara minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbir versin. Qarşılarında baş əyirəm. Qazilərimizə sağlıq arzu edirəm. Bir də acı çəkməsinlər. Ali Baş Komandana tanıdığım bütün məcburi köçkünlərin adından təşəkkürümü bildirirəm, var olsun" ,- deyə L.Qasımova qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
2
azertag.az

3Mənbələr