AZ

Ermənilərdən QARABAĞLA BAĞLI PAYLAŞIM: Baxın və utanın! — VİDEO

İşğaldan azad edilmiş ərazilərdə bərpa- quruculuq işləri, infrastrukturun yaradılması nəinki Avropanı, hətta bizə dost olmayan erməniləri belə heyrətə gətirib.



Şuşada, Zəngilanda, Qubadlıda, Laçında, Cəbrayılda, Kəlbəcərdə, Ağdamda və digər ərazilərdə bərpa-quruculuq işləri o qədər sürətlə gedir ki, ermənilər təəccüblərini gizlədə bilməyiblər.



İctimaimedia.az xəbər verir ki, onlar sosial şəbəkələrin erməni seqmentində Qarabağda görülən işlərlə bağlı təəccüb dolu müxtəlif paylaşımlar ediblər və öz hökumətlərini Azərbaycandan bu işdə geri qaldığı üçün tənqid ediblər. Onlar bildiriblər ki, ölkə rəhbərliyi 30 il ərzində Qarabağda ancaq kilsə tikməklə məşğul olub. Başqa heç bir iş görməyib.



“Baxın, hazırda Azərbaycan Qarabağda hansı işlər görür. Baxın və utanın! Müasir yollar çəkilir, infrastruktur bərpa edilir. Bəs bizim hökumətimiz 30 il ərzində Qarabağ üçün nə edib? İrəvan bu üç onillikdə Qarabağda bir iş də görə bilməyib, ancaq taladı, dağıtdı.



Azərbaycan isə fəal tikinti işləri aparır, aeroportlar, mehmanxanalar, tuneller tikir. Bütün bunlar Ermənistanın əvvəlki və hazırkı hakimiyyətinin “məhsuldar” fəaliyyətinin real göstəricisidir”, – deyə sosial şəbəkə istifadəçiləri fikirlərini bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
ictimaimedia.az

2Mənbələr