AZ

ABŞ Rusiya mediasına qarşı seçki sanksiyaları tətbiq edir

ABŞ Rusiyanı noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etməkdə ittiham edib.

“İki sahil”in məlumatına görə, bu kontekstdə Rusiyanın bəzi şəxsləri və təşkilatlarına qarşı hərtərəfli sanksiyalar elan edilib.

ABŞ-ın baş prokuroru Merrik Qarland mətbuat konfransında Moskva administrasiyasını hədəf alan yeni sanksiyaları açıqlayıb.

O, iddia edib ki, Rusiyada yerləşən xəbər və yayım təşkilatları prezident seçkiləri ərəfəsində ictimai rəyi manipulyasiya etmək üçün dezinformasiyalar təqdim edir.

Merrik Qarland, əvvəllər “Russia Today” kimi tanınan RT-nin iki əməkdaşını saxta şəxsiyyətlərdən istifadə edərək Tennessidə yerləşən prodüser şirkətinə 10 milyon dollar müqabilində Rusiya təbliğatını ehtiva edən 2000 video hazırlatmaqda ittiham edib.

ABŞ Ədliyyə Nazirliyi Rusiyanın istifadə etdiyi 32 internet domenini də ələ keçirib.

ABŞ Maliyyə Nazirliyi də sanksiya siyahısına RT əməkdaşları və Rahdit haker qrupunun üzvləri də daxil olmaqla 10 nəfəri daxil edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
3
ikisahil.az

4Mənbələr