AZ

Hər zaman Şuşaya gedəcəyim günü gözləmişəm - Şuşa sakini

Bakı. Trend:

Şuşadan çıxdığım gündən Şuşaya gedəcəyim günü hər zamangözləmişəm.

Trend-in məlumatına görə, bunu Şuşa sakini Sevinc Abbasovajurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ötən 30 ildə çoxlu itkiləri olub,yaxınlarını itirib.

“Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin,qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində biz indidoğma yurdumuza yaşamağa gedirik.

Şuşaya getdiyimdə ilk öncə şəhidlərimizi, yaxınlarımızınməzarlarını ziyarət etmək istəyirəm”, - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
az.trend.az

2Mənbələr