AZ

“Avropaya getmək istəyirdim, təsadüfən Azərbaycana düşdüm” – “Şaxtyor”lular Kaşuka söz atdı

“Qarabağ” “Şaxtyor”unun sabiq futbolçusu Aleksey Kaşukla üçillik müqavilə bağladı.

“Football-plus.az” xəbər verir ki, futbolçunun “köhlən atlar”la anlaşması “şaxtaçılar”ın azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb. Transferə istehzayla yanaşanlar da olub, oyunçunun yaxşı seçim etdiyini düşünənlər də. Bu barədə “ukrfootball.ua” saytı məlumat yayıb. Sizi azarkeşlərin bəzi fikirlləyilə tanış edirik.

Fivat İlyasov: “Qarabağ” “Malyorka”dan daha yaxşıdı. Azərbaycan çempionatı isə inkişaf edir”.
Spinosa: “Maraqlıdı, niyə heç kim Kaşukun Ukraynadan necə getdiyini araşdırmır?”
Teknik Besedina: “O, “Qarabağ”la xəyal etdiyi avrokubok oyunlarını inamlı keçirə biləcək”.
Anypol19: “Kaşuk düşünür: “Mən Avropaya, yüksək səviyyəli çempionata getmək istəyirdim. Təsadüfən Azərbaycana düşdüm”.
Rebrova: “Gülməli qərardı. Kaşuk “Şaxtyor”un yüksək keyfiyyətli cinah oyunçularından çox şey öyrənə bilərdi. Həm Çempionlar Liqasında çıxış edəcəkdi, həm də daha yaxşı futbolçu olacaqdı. Görəsən, müqaviləsini niyə uzatmaq istəmədi?”
Lvivkiper: “Kaşuk əsas oyunçu ola biləcəyi komandaya getdi. Onun indidən belə davranması təəssüf doğurur. Öyrənməli çox şey var. Hələ tez deyilmi?”

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
football-plus.az

1Mənbələr