ABŞ hökməti anklavda nizamlanma sazişinin həyata keçiriləcəyi təqdirdə Qəzza zolağı ilə sərhəddə təhlükəsizliyin təmin edilməsində Misirə kömək göstərməyə hazırdır.
Reyting.az xəbər verir ki, Qərb mediası bu barədə Ağ ev administrasiyasının yüksək rütbəli rəsmisinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, sərhədin təhlükəsiz olmasını istəyən Misirlə artıq ciddi müzakirələr aparılıb: “Aydındır ki, Birləşmiş Ştatlar Misirə dəstək verə bilər, necə ki, biz digər tərəfdaşlara dəstək veririk. Burada son 4-5 ayda, xüsusən də bu məsələ ilə bağlı çox iş görmüşük”.