AZ

Şuşada yaşamaq arzumun çin olduğuna sevinirəm – Nadir Həsənov

Bakı. Trend:

Uzun illər tərk etdiyim Şuşanı görmək, Şuşada yaşamaq arzumunçin olduğu üçün sevinirəm.

Trend-in məlumatına görə, bunu Şuşa sakini Nadir Həsənovjurnalistlərə açıqlamasında deyib.

"Bu gün bizim üçün həm kədərli, həm də sevincli gündür. Ona görəkədərlidir ki, biz 1992-ci ilin may ayının 8-də Şuşadan oğlumlabirlikdə didərgin düşmüşük. Bizim üçün çox çətindir ki, bu illərərzində əzizlərimizi, doğmalarımızı itirmişik. Biz bu gün onlarsızŞuşaya qayıdırıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bizonların sayəsində bu gün Şuşaya qayıdırıq. Bu günü bizşəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandanımızaborcluyuq ki, bu günümüzü, bu şəraiti yaradıb.

Mən özüm də şəhid atasıyam. Oğlum leytenant Həsənov Nurlantorpaqlarımızın azad olunması uğrunda 44 günlük müharibədə şəhidolub. O, 6 aylığında bizimlə birlikdə Şuşanı tərk etmişdi. Şuşanıgörmək arzusu idi, lakin Şuşanı görmək ona qismət olmadı. Onunövladlarına qismət olacaq ki, gedib Şuşada yaşayıb-yaratsınlar.Şəhidimizin ruhu da buna görə şad olacaq”, - deyə o bildirib.

Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672nəfərin daimi məskunlaşması təmin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
az.trend.az

3Mənbələr