AZ

Bankların kreditlərdən əldə etdiyi gəlir - 1,8 MİLYARD MANATA ÇATIR

2024-cü ilin avqustun 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 1 milyard 774,5 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 317,6 milyon manat və ya 21,8% çoxdur.

2023-cü ilin avqustun 1-nə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 456,9 milyon manat olub.

Aylıq müqayisədə bankların kreditlərdən qazandıqları məbləğin həcmi 265,7 milyon (17,6%) artıb.

Bu ilin 1 iyul vəziyyətinə bu göstərici 1 milyard 508,8 milyon manat təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
fed.az

1Mənbələr