AZ

Bu müqavilə bildirişdə göstərilən tarixdən xitam edilmiş sayılır

Sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi 5 (beş) ildən çox müddətə bağlanmış olduqda 60 (altmış) gün, 3 (üç) aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydası”nda ıksini tapıb.

Belə bildiriş sığorta müqaviləsinin xitam tarixini özündə əks etdirməklə sığortalının və ya sığortaçının sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, sığorta müqaviləsi bildirişin çatmasının təsdiq olunması şərtilə, bildirişdə göstərilən tarixdən xitam edilmiş sayılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
heftelik.az

1Mənbələr