AZ

Abandon verilə biləcəyi hala aydınlıq gətirilib

Abandon verilə biləcəyi hala aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Əmlak məhvolmaya qarşı sığorta edildikdə, sığortalı və ya faydalanan şəxs aşağıdakı hallarda sığortalanmış əmlaka olan hüquqlarından imtina etdiyi barədə sığortaçıya bəyanat (abandon) verə və tam sığorta məbləğini ala bilər:

– gəmi xəbərsiz itkin düşdükdə;

– gəmi və (və ya) yük məhv olduqda;

– sığortalanmış gəminin bərpası və ya təmiri iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda (gəminin konstruksiya cəhətdən istismara yararsız hala düşməsi);

– gəminin zədələrinin aradan qaldırılması və ya yükün təyinat limanına çatdırılması iqtisadi cəhətdən məqsədəuyğun olmadıqda;

– ələ keçirilmə təhlükəsindən sığortalanan gəmi və ya yük ələ keçirildikdə və belə ələ keçirilmə altı aydan artıq davam etdikdə.

Göstərilən hallarda sığortaçıya aşağıdakı hüquqlar keçir:

– əmlak tam dəyərində sığortalandıqda sığortalanmış əmlaka dair bütün hüquqlar;

– əmlak tam olmayan dəyərində sığortalandıqda sığorta məbləğinin sığorta dəyərinə nisbətinə mütənasib olaraq sığortalanmış əmlakın hissəsinə dair hüquqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
heftelik.az

1Mənbələr