2024-cü ilin avqustun 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzrə faiz gəlirləri 254,9 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici iyulun 1-nə olan dövr ilə müqayisədə 16,1 milyon manat və ya 6,7%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3 milyon manat və ya 18,8 çoxdur.
2023-cü ilin avqustun 1-nə Azərbaycan banklarının qiymətli kağızlar üzr faiz gəlirləri 238,8 milyon manat olub.
Bu ilin 1 iyul vəziyyətinə bu göstərici 214,6 milyon manat təşkil edib.