“Rusiyanın öz məqsədlərinə sülh yolu ilə nail olması üstünlükdür, lakin Ukrayna bu cür danışıqlara hazır deyil”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “İzvestiya”ya müsahibəsində deyib.
O, qeyd edib ki, bu səbəbdən xüsusi hərbi əməliyyat hələ də davam edir.
Peskov bildirib ki, xarici dövlətlər Ukraynadakı münaqişəyə getdikcə cəlb olunur.
Onun sözlərinə görə, Rusiya Ukraynada əcnəbi təlimatçılara qarşı mübarizədə getdikcə daha effektiv olur.
Daşqın HəsənovMissiya.Az