AZ

Qərbi Azərbaycan mövzusu bu gün niyə aktualdır? - Tural İrfan yazır

Qərbi Azərbaycan mövzusu hər bir azərbaycanlının diqqət mərkəzində olmalıdır. İndiki Ermənistan ərazisindəki ata-baba yurd yerlərindən, tarixi torpaqlarından didərgin salınmış əhalimizin doğma yerlərinə qayıdışı artıq arzu və istək mərhələsindən real tələbə çevrilməlidir. Bu haqlı tələb qarşısında Ermənistanın boynuna öhdəlik qoyulmalıdır.
Sülh, normal qonşuluq münasibətlərinə cəhd əvəzinə silahlanmağa, revanşizmə meyl edən Ermənistan yenə də xarici havadarlarının təhriki ilə mənfur xislətinə xas üsullara meyl edir.
Həm qonşuluq münasibətlərini, həm beynəlxalq qanunları pozaraq işğalçılıq siyasətini əsas götürüb öz konstitusiyasına belə qonşu dövlətin torpaqlarının işğalını müddəa kimi yerləşdirən bir dövlət müasir dünya üçün təhlükə mənbəyidir. Sülhə, ümumbəşəri dəyərlərə xələl gətirən, beynəlxalq normaları pozan bir quruluş regional təhlükə ilə yanaşı dünya üçün də ciddi problemlər mənbəyidir.
Tarixi Azərbaycan torpaqlarında qurulan indiki Ermənistan dövləti əhalimizi öz əzəli yurdlarından çıxarmaqla tarixi bir cinayətə mürtəkib oldu. Hazırki məğlub vəziyyətdə isə əhalinin öz yerlərinə qayıtmasının reallaşma lübüdlüyünə rəğmən sülhdən yayınır, ATƏT-in Minsk Qrupu kimi lazımsız qurumun qalmasını istəyir.
Ermənistan bu yoldan çəkinməlidir. Məğlub ölkə özünü məğlub kimi aparmalıdır. Azərbaycanla münasibətləri sülh şəraitində qaydaya salmaqda maraqlı olmalıdır. Qərbi Azərbaycan mövzusu hər birimizin diqqət mərkəzindədir, gec - tez soydaşlarımız əzəli yurd yerlərinə dönəcək. Dövlətimizin qüdrəti, xalqımızın birliyi sayəsində biz buna inanırıq.
Tural İrfan, MCP-nin sədr müavini
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
news365.az

1Mənbələr