AZ

Rusiya: ABŞ-ın Rusiya mediasına qarşı sanksiyalarına cavab veriləcək

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya mediasına, o cümlədən “Rossiya Seqodnya”ya qarşı tətbiq edilən sanksiyalara cavab olaraq ABŞ-da yerləşən media qurumlarına qarşı sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Editor.az xəbər verir ki, Vladivostokda Şərq İqtisadi Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında Zaxarova ABŞ-ın “Rossiya Seqodnya” Media Qrupu, RİA Novosti, RT, Sputnik və Ruptly-yə qarşı sanksiya qərarını dəyərləndirib.

“Biz bir daha xəbərdarlıq edirik ki, rusiyalı jurnalistləri ABŞ-dan deportasiya etmək, onların işi üçün qəbuledilməz şərait yaratmaq və ya fəaliyyətlərinə başqa yolla mane olmaq, o cümlədən viza problemi yaratmaq cəhdi Amerika media təşkilatlarına qarşı simmetrik və ya asimmetrik cavab tədbirlərinin görülməsi üçün əsas olacaq”,- deyə Zaxarova bildirib.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
editor.az

1Mənbələr