AZ

Təmiz qan – sağlam can

Mütəxəssislər bildirirlər ki, qan dövranı pozulduq­da bütün orqanların fəaliyyətində nasazlıq yaranır. Onların fikrincə, damarların işini qaydasında saxla­maq elə xəstəliklərdən uzaq olmaq deməkdir. Bunun üçün insan nə yeyib-içdiyinə mütləq nəzarət etməlidir. Həkimlərin verdiyi açıqlamaya görə, qan dövranına kömək edən və onun işini ləngidən qidaları öyrənmək lazımdır.

Qan dövranı sisteminin dostları çuğundur, kök, qaraciyər və almadır. Çuğundur damar genişləndirici və qanyaradıcı xüsusiy­yətlərə malikdir. Tərkibində dəmir və mis yüksək olduğundan anemiyanın qarşısını almaq üçün qida rasionumuza daxil edirik. Kök çiy şəklində qan dövranını mükəmməl şəkildə stimullaşdırır və pis xolesterinlə mübarizə aparır. Tərkibindəki kalium sayə­sində hipertoniya, ateroskleroz və varikoz damarlarında yaxşı kömək edir. Qaraciyər iltihab əleyhinə xüsusiyyətlərə malikdir.

Alma dəmirlə zəngindir. Çox qan itkisi və anemiyada fayda­lıdır. Tərkibindəki vitaminlər və minerallar kompleksi ürək-da­mar sistemini gücləndirir. Qəbul edildikdə orqanizmə zərər verən məhsullar isə şəkər, duz və nikotindir. Bunları qan dövranı sisteminin düşmənləri adlandırırlar. 

Şəkər, qanı, sözün əsl mənasında, “şərbətə” çevirir və qan damarlarının divarlarını kövrək və həssas edir. Duz ateroskle­rozun inkişafına səbəb olur və tromb əmələ gəlməsi prosesində fəal iştirak edir. Nikotin ateroskleroz, hipertoniya və ürək çatış­mazlığına səbəb olur.

Çalışaq dostlara yaxın, düşmənlərdən uzaq olaq!

Z.HÜSEYNLİ
XQ

Seçilən
103
xalqqazeti.az

1Mənbələr