AZ

Brent markalı neftin bir barreli 72,96 dollara yüksəlib

Cümə axşamı günü neft qiymətləri Amerika Neft İnstitutunun (API) ABŞ ehtiyatlarının kəskin azalması ilə bağlı məlumatlarına əsasən yüksəlib.

Hazırda Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin dəyəri 72,96 dollar/barel təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,26 dollar çoxdur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində oktyabr ayı üçün WTI neftinin qiyməti bu vaxta qədər 0,24 dollar artaraq bir barelə görə 69,44 dollar təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Seçilən
66
anews.az

1Mənbələr