AZ

Payız yorğunluğundan necə qaça bilərik?

Payızın gəlişi ilə havalar soyumağa başlayır. İsti yay günlərindən sərin havaya keçid bədən sağlamlığına da təsir edir. Günlər qısalmağa başlayanda və havalar getdikcə soyuduqca payız yorğunluğu baş verir.

"Unikal" payız yorğunluğu ilə mübarizə aparmağın yollarını təqdim edir:

Balanslı və sağlam qidalanma

Yaz aylarına keçdiyiniz zaman pəhrizinizi də nəzərdən keçirməlisiniz. Enerji səviyyəsini artırmaq üçün vitamin və minerallarla zəngin qidalar qəbul etməyə üstünlük vermək lazımdır. Xüsusilə meyvə, tərəvəz, tam taxıl və zülalla zəngin qidaları istehlak etməyə üstünlük vermək lazımdır.
Su bədənin enerji səviyyəsini saxlamasına kömək edir. Hər gün kifayət qədər su için.

Keyfiyyətli yuxu
Yuxu keyfiyyəti bədənin sağlamlığı üçün olduqca vacibdir. Özünüzü yaxşı hiss etmək və dinamik oyanmaq üçün hər gecə eyni vaxtda yatmağa çalışın. Keyfiyyətli və adekvat yuxu enerji səviyyəsini artırır. Hər gecə 7-8 saat yatıb eyni vaxtda oyanmaqla bu rejimi saxlamaq mümkündür.

İdman
Fiziki fəaliyyət enerji səviyyənizi artıra və əhvalınızı yaxşılaşdıra bilər. Müntəzəm gəzintilər və ya yüngül məşqlər gərəklidir.

Stressdən uzaq durmaq
Stressdən qaçmaq və istirahət üsullarını tətbiq etmək (meditasiya, dərin nəfəs alma kimi) enerji səviyyəsini yaxşılaşdıra bilər.

Kofein və şəkəri məhdudlaşdırmaq
Həddindən artıq kofein və şəkər istehlakından çəkinin. Bu maddələr qısa müddətli enerji təmin etsə də, uzun müddətdə yorğunluğa səbəb ola bilər.

Zərifə Nağıyeva 

Seçilən
69
50
unikal.az

10Mənbələr