AZ

Füzulidəki Qoçəhmədli məscidinin bərpasına başlanılır

Bakı. Trend:

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı vəBərpası üzrə Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fonduarasında “Azərbaycan Respublikası ərazisində yerləşən tarix vəmədəniyyət abidələrinin qorunması və bərpası sahəsində əməkdaşlığadair Anlaşma Memorandumu” imzalanıb.

Trend xəbər verir ki, sənədi Dövlət Xidmətinin rəisi SəbinəHacıyeva və Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulova imzalayıblar.

Anlaşma Memorandumunun imzalanması ölkəmizin ərazisində yerləşənvə dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrininqorunub saxlanılması, bərpa və konservasiyası, müvafiq istiqamətdətəlimlərin təşkili, eləcə də, mədəni irs sahəsində əməkdaşlığındaha da genişləndirilməsi məqsədini daşıyır. Sözügedən sənədəsasında ilk olaraq Füzuli rayonunun işğaldan azad olunmuşQoçəhmədli kəndində yerləşən məscidin bərpasına dəstək göstərilməsiplanlaşdırılır.

İmzalanma mərasimində qardaş türk respublikaları ilə bütünsahələrdə münasibətlərin inkişafı, xüsusi ilə də mədəni əlaqələrinmöhkəmlənməsinin sevindirici hal olduğu vurğulanıb. Qeyd olunub ki,Türk Mədəniyyəti və İrsi Fondu da bu istiqamətdə fəal rol alaraq,türk xalqlarının mədəniyyətinin və mədəni irsinin qorunması,təbliği və tanıdılması sahəsinə töhfələr verməkdədir. Azərbaycanında bu sahəyə xüsusi dəstək göstərdiyi vurğulanaraq, qarşıdakıillərdə əməkdaşlığın daha da dərinləşəcəyinə inam ifadə olunub.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikirmübadiləsi aparılıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
36
az.trend.az

10Mənbələr