Bakı. Trend:
Sosial şəbəkələrdə Azərbaycan Respublikası vətəndaşının xaricdəkeçirilən müsabiqədə qazandığı sertifikatın və mükafatın gömrüködənişlərinə cəlb olunmasını qınayan məlumatlar yayımlanıb.
Trend xəbər verir ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsiməlumat yayıb.
"Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə onagöndərilən “Apple” markalı qulaqcığın invoys dəyərini gömrükbəyannaməsində 50 ABŞ dolları olaraq qeyd edib və gömrük orqanıtərəfindən dəyərin dəqiqləşdirilməsi aparılıb. Araşdırmanəticəsində məhsulun (qulaqcıq) dəyərinin rəsmi internetmağazasında 549 ABŞ dolları olduğu müəyyən edilib.
Daha sonra vətəndaşın müraciəti əsasında “Fiziki şəxslərtərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdətutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli vəsadələşdirilmiş Qaydaları”nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraqməhsul (qulaqcıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinəcəlb olunmaqla rəsmiləşdirilib və buraxılışı təmin edilib.
Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmayıb".