AZ

Çin Afrikaya 50 milyard dollardan çox vəsait verəcək

Yaxın üç il ərzində Çin hakimiyyəti birgə tərəfdaşlıq layihələrinin həyata keçirilməsi üçün Afrika dövlətlərinə 50 milyard dollardan çox maliyyə yardımı göstərəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Çin prezidenti Si Cinpin bildirib.

Eyni zamanda, Çin hakimiyyəti Afrika ölkələrinə müasir kənd təsərrüfatının inkişafı üçün 140 milyon dollar məbləğində yardım edəcək.

Pekin bu proqramı təbliğ etmək üçün Afrikaya 500 mütəxəssis göndərəcək. Bundan əlavə, ölkə Afrika tərəfi ilə birlikdə kənd təsərrüfatında innovasiyaların tətbiqi ilə məşğul olacaq assosiasiya yaradacaq.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
iqtisadiyyat.az

1Mənbələr