AZ

İran niyə Zəngəzur dəhlizinə qarşıdır? - ŞƏRH

“Zəngəzur dəhlizi məsələsi təkcə bizim yox, Rusiya kimi maraqlı dövlətlər üçün də maraqlıdır”.

Bunu Bakıvaxtı.az-a siyasi şərhçi Tural İrfan İranın Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ələxsus Rusiyanın da iştirakı ilə imzalanmış 10 noyabr bəyanatında dəhliz məsələsinə toxunulub:

"Sadəcə sonradan İran və bəzi Qərb dövlətləri buna qısqanclıqla yanaşdılar. Şübhəsiz ki, İran əsasən Türkiyə və digər türk dövlətləri ilə Azərbaycanın əlaqələrini məhdudlaşdırmaq məqsədi ilə buna qarşı çıxır. Amma özünü müsəlman elan edən bir rejimin müsəlman Azərbaycan dövlətinə qarşı bu cür təxribat aparması qəbuledilməzdir. Ermənilərin özlərinin belə İran qədər bu məsələyə etirazı yoxdur. İndi ermənidən daha çox ermənilik etməyin mənası nədir? İran şantaj edərək əsassız sözlər danışır ki, guya NATO, İsrail bu dəhliz vasitəsi ilə İrana təhlükə yarada bilər. Amma düşünməlidir ki, bu dəhlizə Rusiyanın nəzarət etməsindən söhbət gedirsə adı çəkilən güclərin təsiri minimuma edir. Açıq deyə bilmir ki, biz Türkiyə və Azərbaycanın yollarını bağlamaq istəyirik”.

Müsahibimiz vurğulayıb ki, İran müsəlman və türk dövlətlərinin arasında daim maneə yaratmaq üçün ABŞ tərəfindən bəslənilir:

“ABŞ-nin Ermənistanda baza qurmaq məsələsinə İran Zəngəzur dəhlizi qədər etiraz etmir, qırmızı xəttimizdir demir. Demək bir çox məsələdə İranla ABŞ maraqları üst-üstə düşür".

Analitikə görə, hazırda İran bir çox məsələdə Rusiyadan asılıdır, odur ki, birbaşa onun maraqlarına qarşı çıxması ziyanına olacaq.

Tural İrfan: İran türk dövlətlərinə maneə yaratmaq üçün ABŞ tərəfindən bəslənilir

T.İrfan qeyd edib ki, onsuz da bu dəhliz açılacaq, kommunikasiya xətləri olacaq. İranın burada aranı qatması yalnız regionda, qonşu dövlətlərlə münasibətlərə xələl gəlməkdən başqa şey deyil:

“Sözügedən dəhlizin açılmasına İranın etirazı Rusiya tərəfindən neytrallaşdırılacaq. Belə demək mülkünsə, ABŞ İranın əli ilə dəhlizin əleyhinə çıxır, Ermənistanda baza yaradır və s. İran əslində dünyada tamamilə ABŞ-nin əlinə oynayır. İstər İraqda, istər Suriyada, Fələstində İran tamamilə ABŞ ilə müttəfiq kimi addım atır. Üzdə çəkişmə, düşmən obrazı yaratmaq əslində hər iki dövlətin maraqlarına xidmət edir. Onlar dostuqdan çox zahiri düşmənçilikdən qazanırlar”.

Müsahibimizə görə, Rusiya bunu bilir və dəhlizin açılmasının tezləşməsini istəyir:

“Ona görə ki, İran yaxın zamanda ABŞ-nin Ermənistana yerləşməsini, Zəngəzuru nəzarətə götürməsini istəyir və buna maksimum çalışır. İran da, ABŞ də türk birliyinin əleyhinədir və bu maraq onları birləşdirir. Rusiyanın isə əksinə bu birlikdə iştiraka marağı var, eyni zamanda məlum dəhlizin açılmasında bir sıra siyasi və iqtisadi gözləntiləri var".

Qeyd edək ki, İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb. Bununla bağlı Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran rəsmisi Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb. O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb. Görüşdə Cənubi Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Yəni İran rəsmisi bildirib ki, Tehran beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinə və istənilən geosiyasi dəyişikliyə qarşı çıxır. Tərəflər “3+3” formatında gələcəkdə keçiriləcək iclas və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın üçtərəfli razılaşmaları sabotaj etdiyini demişdi. Lavrov Zəngəzurdan keçən kommunikasiyaları gecikdirən tərəfin İrəvan hökuməti olduğunu bildirmişdi. Göründüyü kimi İranda prezidentin dəyişməsinə baxmayaraq, gözlənildiyi kimi, xarici siyasətdə ciddi korrektələr edilməyib.

Yəni Tehran yenə Zəngəzur dəhlizinə “qırmızı xətt”i kimi baxır. Əslində, Tehranın Moskvaya etirazı onu deməyə əsas verir ki, bu “qırmızı xətt” təkcə Bakıya qarşı yox, dəhlizin açılmasında maraqlı olan bütün qüvvələrə çəkilib.

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
bakivaxti.az

10Mənbələr