AZ

Hindistanlı “Nostradamus”dan Ukrayna ilə bağlı - Şok ssenari

2024-cü ilin sentyabrında Ukrayna cəbhəsindəki vəziyyət daha da pisləşə bilər.

Axar.az xəbər verir ki, bunu Hindistandan olan “Nostradamus” Kuşal Kumar “Deyli Star” nəşrinə açıqlamasında deyib.

“Sübhdən öncə ən qaranlıq gecə olacaq, buna görə də vəziyyət əvvəlcə pisləşəcək və sonra əhəmiyyətli dərəcədə yaxşılaşacaq. 2024-cü ilin sentyabrında dəhşətli dərəcədə uzadılmış müharibənin görünməmiş ssenarisi ehtimalı var. O, 2024-cü ilin sonuna qədər uzanmağa meyllidir, hətta 2025-ci ilin may ayına qədər də uzana bilər”, - Kumar bildirib.

Onun sözlərinə görə, artıq 2025-ci ildə tammiqyaslı işğal zəifləməyə başlayacaq:

“Bu, təchizat xətlərinin məhdudlaşması və ya tamamilə bağlanması səbəbindən qüvvələrin mühasirəyə alınmasına gətirib çıxara bilər. Və bu, dəhşətli vəziyyətə səbəb ola bilər. Artıq deyildiyi kimi, 2025-ci ilin mayında, yəni 2025-ci ilin may ayının ortalarından oktyabrın ortalarına qədər olan müddətdə müharibənin bütün əsas cəbhələrində nizamlanma, sükunət baş verə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
axar.az

3Mənbələr