AZ

Əksər hallarda sirrozdan xilas olmaq mümkündür - Hepatoloqla MÜSAHİBƏ

Referans Poliklinik Nəsimi filialının peşəkar qastroenteroloq - hepatoloqu doktor  Mahirə Qədirova Modern.az-a müsahibə verib.

 

O, müsahibədə “Hepatit” viruslarından, qaraciyər sirrozundan, öd kisəsi problemlərindən danışıb.

 

Müsahibəni təqdim edirik:

 

- "Hepatit" viruslarından ən təhlükəlisi hansıdır? Onlardan qorunmaq üçün hansı tədbirləri görmək lazımdır?

 

- Hepatiti törədən bir çox növ viruslar var. Tez-tez rast gəldiyimiz və eşitdiyimiz – Hepatit A, B, C, Delta və E hepatit viruslardır. Hepatit A və E – oral, yənı ağız boşluğu ilə, hepatit B, C və Delta – dəri və selikli qişaların bütövlüyünün pozulması nəticəsində orqanizmə daxil ola bilər. Məsələn müxtəlif tibbi və kosmetik proseduralar nəticəsində. Əlavə olaraq, hepatit B cinsi yolu ilə və hamilə qadından dölə ötürülə bilər. Hepatit C və Delta üçün bu ehtimal çox aşağıdır.

 

Hər bir hepatit virusu konkret bir şəxs üçün təhlükəli ola bilər, lakin kəskin hepatitlərdən hepatit B, B+Delta və hamilə qadın üçün hepatit E virusları ən təhlükəli sayılır. Xroniki hepatitlərdən ən təhlükəli hal-hazırda hepatit B+Deltadır, çünki nisbətən qısa müddət ərzində qaraciyərin sirrozuna gətirib çıxara bilər. Yoluxmanın qabağını almaq məqsədilə hiqiyenik tədbirlərə riayət etmək lazımdır. Hepat B və D virusuna qarşı xüsusi peyvənd tətbiq oluna bilər.

 

- Qaraciyər sirrozu hansı mərhələyə kimi müalicə oluna bilər? Xəstələr hansı simptomları görəndə hepatoloqa müraciət etməlidir?

 

- Qaraciyər sirrozu diaqnozu təyin olunubsa, tam sağalma mümkün deyil. Bəzən qaraciyər sirrozun ilkin mərhələrində bir qədər geridönmə prosesi ola bilər. Ümumiyyətlə əksər hallarda bu diaqnoz daimi həkim-hepatoloq tərəfindən nəzarət tələb edir. Qaraciyər “lal” orqan olduğuna görə İlkin mərhələdə heç bir spesifik simptomu olmur. Xəstəlik irəliyəndə xəstə halsızlığı, yorğunluğu, dəridə qansızmaları, yaddaş və yuxu (günorta yuxululuq gecə yuxusuzluq) pozulmaları, qarın köpməsi, dəri qaşınması, dərinin sarımtılığı, burun qanaxmaları, bədəndə şişkinliyi və s kimi simptomları özündə aşkar edə bilər.Hepatoloqa müraciyət etmək üçün bu simptomları gözləmək məsləhət olunmur. Profilaktika məqsədi ilə vaxtaşırı qaraciyər “check-up”lardan keçməyə arzu olunandır.

 

- Ümumiyyətlə sirrozdan xilas olmaq mümkündürmü?

 

- Əksər hallarda mümkündir. Bəzi qaraciyər xəstəlikləri var ki, onların tam sağalması mümkün deyil və bəzən müalicəyə cavab zəyif olur. O zaman qaraciyərin sirrozu qaçılmazdır.

 

- Yeni doğulan körpələrdə də "hepatit"ə rast gəlinir. Valideynlər nə etməlidir ki, övladlarını bu virusdan qorusunlar?

 

- Hepatit B dən söz gedirsə, Dünyada bu virusa qarşı profilaktik peyvənd var. Respublikamızda da bütün yeni doğulmuş uşaqlara bu vaksin vurulur. Valideyinlər vaksinasiyanı heç bir halda buraxmamalıdılar. Hepatit C virusa qarşı Dünyada vaksin yoxdur. Belə halda sadəcə hiqiyenik tədbirlərə riayyət edilməlidir.

 

- Xalq təbabətinin biliciləri deyir ki, doşab (bəkməz) qaraciyərin bərpasında mühüm rol oynayır. Həkim kimi bu iddia barədə nə deyə bilərsiniz?

 

+ Xalq təbabətində doşab qaraciyər xəstəliklərindən başqa ağ ciyər xəstəliklərində də istifadə olunur. Tərkibində vitamin və mineral olduğuna görə immun sisteminə müsbət təsir edə bilər. Şəkər əvəzləyici kimi istifadə oluna bilər. Lakin qaraciyərin sağalmasına heç bir təsiri yoxdur. Əgər pasiyent az miqdarda doşabdan istifadə etmək istəyirsə həkimlər etiraz etmirik

 

- Hepatoloji xəstələr qida rasionunda ən çox nələrə diqqət etməlidirlər?

 

- Bu qaraciyərin hansı xəstəlik olduğundan asılıdır. Məsələn, kəskin hepatit zamanı bol maye, kompotlar, meyvə şirələri, yağsız qidalar tövsiyyə olunur. Piyli qaraciyər zamanı əksinə meyvə, kompotlar, glükoza və fruktoza tərkibli qidalar məhdudlaşdırılır. Qaraciyər sirrozu zamanı düzlu qidalar azaldılır.

 

- Qaraciyər xəstəlikləri ilə mübarizədə transplantasiya nə qədər faydalıdır?

 

- Qaraciyrin transplantasiyası qaraciyər çatışmamazlığın müalicəsinin sonuncu tədbiridir. Çox hallarda faydalı olur və insanın həyatını xilas edir. Bu əməliyyat vaxtında olmalıdır. Vaxından tez ya gec oluna bilməz. Əməliyyatın öz riskləri də var, lakin dekompensasiya mərhələsində yeganə müalicə üsuludır və xəstələrin həyat keyfiyyətini xeyli yaxşılaşdırır.

 

- Bir çox insan öd kisəsində ən xırda proplem yaranan kimi bu orqanın ləğvi üçün əməliyyata müraciət edir. Öd kisəsi hansı mərhələdə ləğv olunmalıdır?

 

- Öd kisənin kəsilib götürülməsinə göstəriş – öd daşı xəstəliyi, öd kisənın bəzi polipləri (hamısı yox), öd kisənın ağır hipotoniyası, öd kisənın xərçəngi. Öd daşı xəstəlyin də müxtəlif formaları var. Əgər ağrı varsa xəstəyə əməliyyat təklif oluna bilər. Tez-tez təkrarlanan tutmalar varsa- əməiyyata 100 faiz göstəriş var. İndividual yanaşma – xəstənın yaşı, yanaşı gedən digər xəstəlikləri, xəstənın fiziki durumu və s. qiymətləndirilir və əməliyyata “hə” ya “yox” deyilir.

 

- Doktor müsahibə üçün təşəkkür edirik, sonda oxucularımıza tövsiyələriniz nələrdir?

 

- Hamınıza sağlam həyat arzu edirəm.  İmkan daxilində simptomları gözləmədən periodik profilkatik müayinələrdən keçməyə tövsiyə edirəm.  Xəstələnməmək mümkün olmasa da xəstəlik yüngül və fəsadsiz  keçsin.

 

//www.instagram.com/referanspoliklinika/

//www.facebook.com/profile.php?id=100087294918244

Referans Poliklinik Nəsimi filialı: Nəsimi ray., M.Mirqasımov küç. 25A

Çağrı Mərkəzi: *0033

Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
1
modern.az

2Mənbələr