Dünya şöhrətli Hollivud aktyoru Bred Pittin plastik əməliyyat keçirdiyi üzə çıxıb.
OLAY yazır ki, bu xəbərlər 60 yaşlı sənətçinin sevgilisi İnes de Ramonla Venesiya Film Festivalına gəlməsindən sonra daha çox yayılmaya başlayıb.
Məlum olub ki, Pitt üzünün dairəvi gərmə əməliyyatı keçirib.
Plastik və estetik cərrah Maykl Zahari Bred Pittin xarici görünüşündəki dəyişiklikləri “Hello” nəşrinə belə şərh edib:
“Bredin Venesiyada çəkdirdiyi fotolarını diqqətlə baxanda qulaqcıqlarda, xüsusən çapıq toxumasının daha çox göründüyü sağ tərəfdə dəyişikliklər görürəm. Pittin üzünün orta hissəsi daha dolğun görünür ki, bu da üzün aşağı hissəsinin qalxmasına işarədir. Bucaqlı çənənin bir az iti olması və boyun altındakı dərinin bir az boş olması boyun qaldırma əməliyyatının aparıldığını göstərir”.
Həkim əlavə edib ki, Bred təbii və hələ də xarizmatik görünür. O, aktyorun qaşlarının demək olar ki, dəyişmədiyini və yuxarı göz qapaqlarında artıq dəri olduğunu bildirib. Bu isə ekspertin fikrincə, o deməkdir ki, bıçaq Bredin üzünün yuxarı hissəsinə dəyməyib və buna görə də onu plastik əməliyyatı sevdiyinə görə qınamaq hələ tezdir. Yaşına görə, həkim əmin edib ki, aktyor çox yaxşı görünür.