AZ

Səudiyyə Ərəbistanı mağazalarında 2 həftəlik endirim elan olundu

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanının Ticarət Nazirliyi Krallığın 94-cü Milli Günü münasibətilə ticarət obyektlərinə və elektron mağazalara istehlakçılar üçün 2 həftəlik xüsusi endirim etməyə icazə verəcəyini açıqlayıb. Endirim müddəti 16 sentyabr - 30 sentyabr tarixlərini əhatə edəcək.

Hafta.az-ın yazdığına görə, kommersiya firmaları və e-mağazalar mövsümi endirim lisenziyaları üçün elektron müraciət edə bilərlər: sales.mc.gov.sa. Elektron tətbiqin məqsədi ticarət obyektlərinin və elektron mağazaların endirimli lisenziyaları asanlıqla əldə etməsi, çap edib istehlakçıya göstərməsidir. Bu endirim günləri endirimli satışlar üçün əvvəlcədən ayrılmış ümumi illik gün sayında nəzərə alınmayacaq.

Nazirlik qeyd edib ki, istehlakçılar endirimlərin növü və faizi, müddəti, əlavə olaraq endirimlərlə bağlı bütün məlumatları ona göstərmək üçün mobil kamera vasitəsilə endirim lisenziyasında əks olunan ştrix-kodu skan etməklə aksiyaların qanuniliyini və etibarlılığını yoxlaya bilərlər.

Nazirlik bir daha bəyan edib ki, onun rəsmiləri endirimlərin qanuniliyini yoxlamaq və bununla bağlı verdiyi qaydalara uyğunluğunu yoxlamaq üçün Krallığın bütün regionlarında ticarət obyektlərinə və elektron mağazalara yoxlama turlarını davam etdirəcək.

Seçilən
98
hafta.az

1Mənbələr