ABŞ-nin vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris sərhəddəki vəziyyəti ölkə və bütün dünya tarixində ən pis vəziyyətə gətirib.
İqtisadiyyat.az xəbər verir ki, bunu Harrisin seçkidəki rəqibi Donald Tramp Pensilvaniyada seçicilərlə görüşündə bildirib.
“O, xaric ilə bağlı məsul şəxs idi. Heç bir ölkə üç il ərzində 21 milyon insanın sərhədi keçməsinə icazə verməyib. Qeyri-qanuni miqrantların çoxu cinayətkar, terrorçu, narkotik alverçisi və ruhi xəstələrdir”, - deyə o qeyd edib.
Tramp prezident seçilsə, miqrantların indiyə qədərki ən böyük deportasiyasını həyata keçirəcəyini vəd edib.
Gözəl Həşimova