Bakı. Trend:
Ermənistan MDB-nin qeyri-rəsmi sammitində və BRİCS sammitindəiştirak edəcək. Bu barədə Ermənistan parlamentində jurnalistlərəaçıqlamasında xarici işlər nazirinin müavini Mnatsakan Safaryanbildirib.
BRİCS - Braziliya, Rusiya Federasiyası, Hindistan, Çin XalqRespublikası və Cənubi Afrika Respublikasından ibarət olandövlətlərarası birlikdir. 2023-cü il avqustun 24-də bu birliyə dahaİran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Efiopiya və SəudiyyəƏrəbistanı qoşulub.
Ermənistan özünü ziddiyyətli siyasi addımların mərkəzində tapıbvə bu, onun xarici siyasətində ən azı anlaşılmaz bir vəziyyətyaradır. Bir tərəfdən, ölkə Avropa İttifaqı strukturlarınainteqrasiya etməyə çalışır, NATO-ya üzv olan ölkələrdən, o cümlədənFransadan hərbi yardım alır və NATO-nun müttəfiqi olan Hindistandandəstək görür. Digər tərəfdən, Ermənistan BRİCS sammitində iştirakedir – bu təşkilat Qərb alyanslarına alternativ olaraq yaradılaraqAvropa İttifaqı, NATO və Beynəlxalq Valyuta Fondu ilə fəal şəkildərəqabət aparır.
BRİCS yeni dünya valyutasının yaradılmasını və Qərbin dominanttəsirinə meydan oxumaq üçün qlobal strukturların qurulmasınıdəstəkləyir. Ermənistanın BRİCS sammitində iştirakı, belə birkontekstdə, eyni vaxtda həm Qərb strukturları ilə əlaqəni qoruyubsaxlamaq, həm də onların birbaşa rəqibləri ilə münasibətlərigücləndirmək cəhdi kimi görünür.
Bu addım Ermənistanın xarici siyasətində ardıcıllıq barədəsuallar doğurur. BRİCS kimi təşkilatlara qoşulmaq qərarı, Qərbtərəfdaşları ilə münasibətlərdə gərginliyin artmasına və ölkəninstrateji kursunun şübhə altına alınmasına səbəb ola bilər. Bu cür“çoxvektorlu” yanaşma daha çox dəqiq xarici siyasət xəttininolmamasını göstərir, nəinki çevik diplomatiyanın həyatakeçirildiyini.
… Ermənistan öz prioritetlərini müəyyənləşdirməlidir, əks haldaqərarların qəbulunda belə “ikili oyun” ölkəni hər iki tərəfdən realdəstəkdən məhrum edə bilər.
Ermənistanın BRICS sammitində iştirakı, ölkənin beynəlxalqarenada öz mövqeyini müəyyənləşdirmə cəhdlərinin bir hissəsi olaraqdiqqətəlayiqdir. Bu sammit 2024-cü ilin oktyabrında Rusiyanın Kazanşəhərində keçiriləcək və burada Ermənistanın baş naziri NikolPaşinyanın Rusiya prezidenti ilə görüşü gözlənilir.
Azərbaycanın da BRICS-ə üzvlüklə bağlı müraciət etməsi və butəşkilatda mövqeyini gücləndirməsi Ermənistanın bu addımlarınınciddi suallar doğurduğunu göstərir.
Azərbaycanın BRICS-ə üzvlük üçün müraciəti ölkənin Asiyatəşkilatları ilə əlaqələrinin dərinləşdirilməsi üzrəstrategiyasının tərkib hissəsidir. Bu addım Azərbaycanın beynəlxalqplatformalarda mövqeyini daha da gücləndirmək məqsədi daşıyançoxvektorlu xarici siyasətinin bariz nümunəsidir. Ölkənin BRICS vəŞanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) kimi qlobal təşkilatlarda fəaliştirakı təkcə iqtisadi deyil, həm də siyasi mövqeyinimöhkəmləndirir. Buna qarşı olaraq, Ermənistanın BRICS-dəiştirakının xarici qüvvələr tərəfindən dəstəkləndiyini və çox zamanhökumətin öz iradəsindən kənarda qaldığını görürük.
Ermənistanın BRICS sammitinə qatılmasının əsas səbəblərindənbiri Hindistanın təsiridir. Hindistan BRICS-in üzvü olan ən güclüdövlətlərdən biridir və Azərbaycanın bu təşkilatda mövqeyiningüclənməsinə müəyyən dərəcədə soyuq yanaşır. HindistanınErmənistana BRICS-lə daha sıx əməkdaşlıq üçün təzyiq göstərməsimümkündür, bu isə ölkənin məcburiyyət altında bu platformalardaiştirak etdiyini göstərir. Eyni halı ŞƏT kontekstində də müşahidəetdik: Ermənistan və Azərbaycan hər iki ölkənin statusunu artırmaqüçün təşkilata müraciət etdi. Bu addımların mənbəyi Ermənistanınmüstəqil iradəsi deyil, tərəfdaş ölkələrin təklifləridir.
Bununla belə, Ermənistan hökumətinin qərblə yaxınlaşma cəhdləriilə Asiya və Avrasiya strukturlarına daxil olma məcburiyyətiarasında dərin ziddiyyətlər mövcuddur. Ermənistan hökumətininrəsmən Qərb yönümlü olduğu bəyanatlarına baxmayaraq, ölkə Çin vəHindistan kimi ölkələrlə sıx münasibətlərə görə ŞƏT və BRICS-dəiştirak etməyə məcbur olur. Bundan əlavə, Ermənistanın KollektivTəhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadiBirliyi (AİB) kimi təşkilatlarda qalması Rusiya ilə əlaqələrinidavam etdirmək məcburiyyəti ilə əlaqədardır. İranın Ermənistanatəsiri isə 3+3 formatında onun iştirakını şərtləndirir.
Maraqlıdır ki, Azərbaycan BRICS-ə üzvlük niyyəti ilə bağlıaçıqlama verəndə, Qərb mediasında və diplomatiyasında müəyyənnarahatlıq və reaksiya baş verdi. Lakin Ermənistanın bu təşkilatdaiştirakının elan edilməsi ilə eyni reaksiya gözlənilmir. Bununsəbəbi Ermənistanın artıq Rusiya və digər Asiya dövlətləri ilə sıxəlaqələrə malik olmasında, Azərbaycanın isə beynəlxalq səviyyədədaha müstəqil və güclü rol oynamağa çalışmasındadır.
Ermənistanın bu vəziyyətə düşməsinin əsas səbəbi isəAzərbaycanın güclənməsi və Ermənistanın beynəlxalq arenadaziddiyyətli mövqeyidir. 2020-ci ildən sonra Ermənistanın destruktivvə aqressiv xarici siyasəti ölkəni bir çox sahələrdə dalanadirəyib. Bu siyasətin nəticəsi olaraq, Ermənistan, xariciqüvvələrdən asılı bir hala gəlib və öz müstəqil iradəsinigöstərməkdə çətinlik çəkir. Ermənistanın beynəlxalq arenada neytralstatusa keçməsi, ölkəni bu təzyiqlərdən qurtarmağın ən optimal yoluola bilər. Lakin hazırkı şəraitdə bu, çox çətin görünür.
Bu cür beynəlxalq bipolyar siyasət Ermənistanın millimaraqlarına ciddi zərbə vurur. Ölkənin daha böyük beynəlxalqplatformalarda müstəqil hərəkət edə bilməsi üçün öz mövqeyiniyenidən gözdən keçirməsi və çoxvektorlu siyasətdən daha praqmatikyanaşmaya keçməsi zəruridir.
Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və BRİCS-əqoşulmaq cəhdləri İrəvanın geosiyasi strategiyasının ziddiyyətli vəanlaşılmaz olduğunu göstərir. Bir tərəfdən, Ermənistanın Qərbəinteqrasiya olmağa can atması və Qərb yönümlü xarici siyasətkursunu inkişaf etdirməsi, digər tərəfdən isə Qərbin açıq şəkildəantoqonist gördüyü təşkilatlara, ŞƏT və BRİCS-ə üzv olmaq istəyi,ölkənin beynəlxalq arenadakı siyasi mövqeyinin qeyri-müəyyənolduğunu sübut edir.
BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika)beynəlxalq iqtisadi və siyasi təşkilat olaraq inkişaf etməkdə olanölkələrin iqtisadiyyatlarını gücləndirmək məqsədilə yaradılmışdır.Bu təşkilatın əsas hədəfi Qərbin nəzarət etdiyi beynəlxalq maliyyəinstitutlarına, xüsusən də Beynəlxalq Valyuta Fondu və DünyaBankına alternativ yaratmaq və yeni iqtisadi və maliyyəmünasibətləri formalaşdırmaqdır. Son illərdə BRİCS-in qlobalsiyasətdə rolu artıb və inkişaf edən iqtisadiyyatlar arasındaəməkdaşlıq platforması kimi mühüm yer tutur. BRİCS-in tərkibindəRusiya və Çin kimi güclü ölkələrin olması onu Qərbin stratejirəqibi kimi görməyə əsas verir.
ŞƏT də oxşar məqsədlərə malikdir, lakin onun əsas diqqəti dahaçox təhlükəsizlik və geosiyasi əməkdaşlıqdır. 1996-cı ildəyaradılmış ŞƏT başda Çin və Rusiyanın rəhbərliyi ilə Asiyadatəhlükəsizlik, əməkdaşlıq və sabitliyi təmin etmək üçünformalaşdırıb. Təşkilatın əsas üzvləri sırasında Çin, Rusiya,Hindistan, Pakistan, Qazaxıstan və digər Orta Asiya ölkələri var.Qərb bu təşkilatı regional güclərin, xüsusilə də Çin və Rusiyanıntəsir dairəsini genişləndirmək vasitəsi kimi görür.
Ermənistanın bu təşkilatlara qoşulmaq cəhdləri İrəvanınçoxvektorlu xarici siyasət yürütmək arzusundan irəli gəlir. AmmaErmənistanın mövcud siyasi durumu onu qərarsız və müstəqil olmayanbir dövlət kimi göstərir. Bir tərəfdən Ermənistan NATO və AvropaBirliyi ilə əməkdaşlığı inkişaf etdirir, digər tərəfdən isə Rusiyavə İran kimi Qərbin rəqibləri ilə yaxınlaşmağa çalışır. Buyaxınlaşmanın səbəblərindən biri ölkənin iqtisadi və hərbiasılılığının böyük ölçüdə Rusiya və İrandan asılı olmasıdır.
BRİCS və ŞƏT-ə qoşulmaq niyyətini bəyan edən Ermənistan, butəşkilatların üzvləri ilə iqtisadi əməkdaşlıq qurmağa və regionalinteqrasiyanın bir hissəsi olmağa can atır. Bununla belə,Ermənistanın belə bir qərarı Qərblə münasibətlərini daha dagərginləşdirə bilər. Bu, İrəvanın xarici siyasətindəki ziddiyyətliyanaşmaları, onun hələ də tam müstəqil dövlət subyekti kimiformalaşa bilməməsinin göstəricisidir. Ermənistan həm iqtisadi, həmdə siyasi baxımdan hələ də xarici güclərin təsiri altındadır və butəsir onun qərarlarına ciddi şəkildə təsir edir.
BRİCS və ŞƏT kimi təşkilatlara qoşulmaqla Ermənistan regionalgüclərlə əlaqələrini gücləndirməyə çalışır, lakin bu, ölkənin Qərbəinteqrasiya istəyi ilə ziddiyyət təşkil edir. Ermənistanıngeosiyasi mövqeyi tarixi baxımdan daim dəyişkən olub. Müstəqillikəldə etdikdən sonra Ermənistan Avrasiya İqtisadi Birliyinə üzvoldu, lakin eyni zamanda Qərb ölkələri ilə iqtisadi və siyasiəlaqələrini inkişaf etdirməyə çalışdı. 2023-cü ildə ErmənistanınŞƏT-də statusunun artırılması ilə bağlı müraciət etməsi, indi dəBRİCS-in Kazanda keçiriləcək sammitində üzvlük istəyini bəyanetməsi ölkənin hələ də qərarsız xarici siyasət kursunu davametdirdiyini göstərir.
Son nəticədə Ermənistanın BRİCS və ŞƏT-ə qoşulmaq cəhdləriölkənin xarici siyasətində daha dərin ziddiyyətləri üzə çıxarır vədövlətin hələ də müstəqil subyekt kimi formalaşa bilməməsinə işarəedir. İrəvanın bu istiqamətdə atdığı addımların nəticələri isə həmregional, həm də beynəlxalq səviyyədə ciddi geosiyasi təsirlərəsəbəb ola bilər.