AZ

ABŞ Azərbaycan seçkilərinə dair ATƏT-in rəyi ilə razıdır

ABŞ 1 sentyabrda Azərbaycanda keçirilmiş və müstəqil müşahidəçilərin “rəqabətsiz müsabiqə” adlandırdığı parlament seçkilərini çərşənbə günü tənqid edib. Bu barədə “Turan”ın Vaşinqton müxbiri məlumat verir.

“Biz Sentyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ATƏT-in missiyasının hesablamaları və narahatlığı ilə bölüşürük”, – Dövlət Departamentinin sözcüsü Metyu Miller gündəlik mətbuat konfransında “Turan”ın suallarına cavabda deyib.

“Biz Azərbaycanı ATƏT-in əvvəlki və sonrakı tövsiyələrini yerinə yetirməyə və ölkənin Konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq əhalinin əsas azadlıqlarını təmin etməyə çağırırıq”- deyə sözçü deyib

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
veteninfo.az

1Mənbələr