AZ

Bakıdakı separatçıların ilkin istintaq başa çatıb - Kamran Əliyev

Azərbaycanın Baş prokuroru Kamran Əliyev qondarma “Dağlıq Qarabağ”ın keçmiş “hərbi və siyasi liderləri”nin işindən danışıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Kamran Əliyev Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, separatçı rəhbərlərin ilkin istintaq başa çatıb, materiallar yaxın vaxtlarda məhkəməyə veriləcək.

K.Əliyevin sözlərinə görə, hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar.

“Bu cinayət işində çoxlu zərərçəkən var”, - deyə Baş prokuror qeyd edib.

"İş beynəlxalq standartlara və Azərbaycan cinayət qanunvericiliyinə uyğun olaraq, mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək”, - K.Əliyev əlavə edib.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda mövcud olmuş separatçı rejimin rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, qondarma “xarici işlər naziri” David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək istintaqa cəlb edib. Onlar hazırda Bakıdakı təcridxanada saxlanılırlar.

Separatçılar ağır müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətllərdə, qanunsuz silahlı birləşmələr yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.

Seçilən
99
4
ucnoqta.az

7Mənbələr