Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveçlə oyunun 23 nəfərlik heyətindən Qismət Alıyevi uzaqlaşdırıb.
AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədlinin "Operativ Media"ya açıqlamasında futbolçunun zədəli olduğu bildirilib.
"Qismət Alıyevin heyətdən çıxarılmasının səbəbi zədəsi ilə bağlıdır. Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində"Qarabağ"la oyunda sağ cinah müdafiəçisi yüngül zədə alıb".
Qeyd edək ki, Azərbaycan millisi bu gün saat 20:00-da İsveç millisini qonaq edəcək.