AZ

Zelenski Ramşteyn görüşünə GEDİR

Ukrayna prezidenti Volodimir Zelenski sabah baş tutacaq Ramşteyn görüşünə gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Spiegel" yazıb.

 

Nəşr mənbələrə istinadən yazır ki, prezident görüşdə silah təchizatının artırılması, xüsusən də uzaqmənzilli raketlər və hava hücumundan müdafiə vasitələri ilə bağlı məsələləri müzakirə edəcək.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
modern.az

2Mənbələr