AZ

İstanbulda vəhşilik: İzlədikləri zərgəri öldürüb qızıllarını oğurladılar

Qan donduran hadisə saat 20.45 radələrində 50. Yıl Mahallesi, 2202-ci küçədə baş verib.

News24.az xəbər verir ki, əcnəbi zərgər Mohammed Mosh dükanını tərk etdikdən sonra iki silahlı şəxs tərəfindən evinə qədər təqib edilib. 

Şübhəlilər Moşun evinə girərkən yanında olan təxminən 1 kiloqram qızılı oğurlamaq istəyiblər. Çantanı verməyən zərgər bir müddət müqavimət göstərib və şübhəlilər daha sonra yanlarında olan silahla zərgərə atəş açıblar. 

Moş ayağından və başından vurularaq ağır yaralanarkən, şübhəlilər 1 kiloqram qızıl oğurlayaraq hadisə yerindən qaçıblar. 

Çağırılan tibb qrupları hadisə yerinə gələrək ağır yaralanan Məhəmməd Moşu xəstəxanaya çatdırıblar. Xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq, Moşu xilas etmək mümkün olmayıb. 

Hadisədən sonra polis qrupları içərisində 1 kiloqram qızıl olan çanta ilə qaçan şübhəliləri tutmaq üçün əməliyyata başlayıb.

Məryəm İlhamqızı


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
news24.az

1Mənbələr