AZ

"Ermənistanın silahlandırılması onu təxribat törətməyə həvəsləndirir"

Son vaxtlar Ermənistanla Azərbaycan sərhədində atəşkəs pozulmaları intensivləşib. Uzun müddət sakitlikdən sonra avqust ayının sonları və sentyabrın əvvəllərindən etibarən Ermənistan ordusunun bölmələri Azərbaycan ordusunun Naxçıvan Kəlbəcər istiqamətindəki bölmələrinə atəş açırlar. 

Mövzu ilə bağlı politoloq Fikrət Əliyev “Operativ Media”nın suallarını cavablandırıb. O bildirib ki, Ermənistan sentyabr məğlubiyyətlərinə vərdiş edib. 

-    Artıq biz hər il sentyabr ayında Ermənistanın müxtəlif təxribatlara əl atmasına  şahid oluruq. Bu il də Ermənistan sülh danışıqları gedə-gedə ordumuzun mövqelərinə atəş açır. Ermənistan 4 il ərzində dəfələrlə məğlubiyyətə düçar olub. Məlumdur ki, Ermənistan bütün bunları təkbaşına etmir. Ermənistan Fransadan aldığı tapşırıqları yerinə yetirir. 

Fikrət Əliyev qeyd edib ki, Fransanın Ermənistana verdiyi silahlar onu bir az da həvəsləndirib:

-    Ermənistan məğlubiyyətdən sonra sürətli şəkildə silahlanmağa başlayıb. Hindistandan, Fransadan silahlar alıb və almaqda davam edir. Üstəlik bu öldürücü silahlar üçün büdcəsindən xeyli vəsait də ayırıb. Ermənistan işğalçı dövlətdir və onun bu qədər silahlanması əlbəttə regionda sülh və sabitlik üçün təhdid yaradır. Ermənistanın silahlanma siyasəti onun sülhlə bağlı bəyanatlarını da şübhə altına atır. Nəzərə alsaq ki, bu ölkənin vətəndaşları və hakim dairələri arasında da revanşist qüvvələrin sayı kifayət qədər çoxdur, o zaman deyə bilərik ki, Ermənistan silahlanmaqla bərabər həm də təxribatlar törətmək üçün həvəslənir.

F. Əliyev Ermənistanın yeganə çıxış yolunun Azərbaycanla tez bir zamanda sülh bağlmaq olduğunu qeyd edib:

-    Ermənistanın təxribatları onun öz suverenliyinə təhdid yaradır. Biz Ermənistanı növbəti məğlubiyyətdən uzaqlaşmağa, ona uzadılan sülh əlini tutmağa çağırırıq. Digər bütün versiyalar məhz Ermənistanın zərərinə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
operativmedia.az

1Mənbələr