AZ

"Bu barədə ailəmlə danışmışam, dedim ki..." - Karvaxal karyerasını bitirir?

"Real Madrid"in və İspaniya millisinin 32 yaşlı kmüdafiəçisi Daniel Karvaxal peşəkar karyerası ilə bağlı planlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "The Atletic" onun sözlərini belə çatdırıb:

"Müqaviləmin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Hazırda karyeramı bitirmək haqda düşünmürəm. Bu barədə ailəmlə danışmışam. Onlara demişəm ki, hələ hər oyundan, hər məşqdən zövq almaq istəyirəm. İllər ötdükcə hər saniyəni dəyərləndirməli olduğunu anlayırsan. Klubumla münasibətlərim çox şəffafdır. Hələ uzun illər burada qalacağıma ümid edirəm". 

Xatırladaq ki, Karvaxal "Real"ın yetirməsidir. O, ispaniya millisinin heyətində son Avropa çempionatının qalibi olub.

Nihat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
fanat.az

1Mənbələr