AZ

Vladimir Putin “blokada”nı yardı

Kreml Prezident Vladimir Putinin Monqolustana səfəri üzərindən o mesajı verdi ki, heç kim Rusiyanı saxlaya bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə CNBS yazır.

Monqolustan Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) həbs qərarına tabe olmasına baxmayaraq, Putin həftənin əvvəlində bu ölkəyə baş tutan səfərini heç bir problem olmadan başa çatdırdı.

“Putin qırmızı xalçada qarşılandı, monqolustanlı həmkarı ilə görüşdü və onun investisiyasına ehtiyacı olduğunu bildiyi və Ukraynaya təcavüzünə qarşı çıxmadığı bir ölkə ilə ticarət əlaqələri və ikitərəfli əlaqələri müzakirə etdi”, - məqalədə deyilir.

Kanal vurğulayır ki, Rusiya üçün əsl bonus onun liderinin saxlanılmaması olub, Monqolustanın isə Beynəlxalq BCM-in üzvü kimi Putini həbs etmək öhdəliyi vardı. Bundan sonra Kreml bəyan etdi ki, BCM kimi qurumlar Rusiyanın dünyanın əksəriyyəti ilə münasibətlərini məhdudlaşdıra bilməz.

“BCM-lə bağlı hekayələr Rusiyanın ikitərəfli münasibətlər və beynəlxalq əlaqələrin inkişafında maraqlı olduğu tərəfdaş dövlətlərlə təmaslarına mane ola bilməz və olmayacaq”, - Kremlin mətbuat katibi Dmitri Peskov söyləyib.

Siyasi analitik Maks Hess hesab edir ki, səfər Rusiya üçün strateji və ya taktiki yox, daha çox simvolik uğurdur.

“Monqolustana səfəri Putinin beynəlxalq nizama meydan oxumaq cəhdlərində önəmli addımdır”, - ekspert vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
teleqraf.com

1Mənbələr