AZ

Valzın ailəsi Trapmı dəstəkləyir

ABŞ-da prezident seçkiləri ilə bağlı həyəcanın səviyyəsi artarkən, gündəmə bomba kimi yeni bir xəbər düşüb. Demokratlar Partiyasının namizədi Kamala Harrisin ABŞ-ın vitse-prezidentliyə namizədi Tim Valzın ailə üzvləri Donald Trampı dəstəklədiklərini açıqlayıb. Bu sensassion xəbər ABŞ-da geniş müzakirələrə səbəb olub.

“Euronews”un məlumatına görə, Nebraska ştatında Respublikaçılar Partiyasının mühüm simalarından olan siyasətçi Çarlz Uesli Hebster “X” platformasındakı səhifəsində Demokratlar Partiyasının vitse-prezidentliyə namizədi Tim Valzın bəzi ailə üzvlərinin Donald Trampı dəstəklədiyini göstərən fotosunu dərc edib.

Vebster 8 nəfərin şəklinə “Tim Valzın ailəsi sizin bir şeyi bilməyinizi istəyir” qeydini əlavə edib. Fotoda evin divarına “Amerikanı geri al” şüarı ilə plakat asıldığı, ailə üzvlərinin isə “Valzlar Trampın tərəfindədir” yazılmış köynəklər geyindiyi görülüb.

Herbsterin mətbuat katibi “British Daily Mail”ə bildirib ki, fotodakı adamlar babaları vasitəsilə Valzla qohum olublar.

Kamala Harris və Tim Valz bu məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyiblər.

***

Valzın Floridada yaşayan böyük qardaşı, 67 yaşlı Ceff Valz, keçən həftə “Facebook”da yazdığı bir yazıda “Mən onun fikirlərinin hamısına tamamilə qarşıyam” deyib və qardaşını dəstəkləməyəcəyini açıqlayıb. Qardaşı ilə 8 ildir əlaqə saxlamadığını bildirən Ceff Tim Valzın “Ağ Ev üçün uyğun profil olmadığını” bildirib.

Demokratlardan prezidentliyə namizəd Kamala Harris onun adını təklif etməzdən əvvəl bir çox amerikalı Valsın adını belə bilmirdi. Lakin onun seçilməsi gələn ilin noyabrında keçiriləcək seçkilərdə dəstəyi həlledici olacaq Orta Qərb seçicilərini öz tərəfinə çəkmək üçün strateji bir addım kimi qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
vaxt.az

1Mənbələr