“Hər şey razılaşdırılmayana qədər, heç bir şey razılaşdırılmır. Bu prinsip diplomatiyanın və danışıqlar prosesinin əsas prinsipidir”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri keçmiş səfir Edmon Marukyan Azərbaycan-Ermənistan arasında sülh sazişi məsələsinə toxunarkən deyib.
O bildirib ki, həmin prinsipə əsaslanaraq, Ermənistan sülh müqaviləsinin 17 maddəsinin 13-nü razılaşdırılmış hesab edib, həmin maddələrlə heç nə imzalaya bilməzlər. “Buna nəinki Sülh müqaviləsi adını qoymaq olar, heç ümid edtmək də olmaz ki, gələcəkdə qalan maddələr üzrə razılıq əldə olunacaq. Bu, tələdir. Arzulananı reallıq kimi görmək isə başqa bir səhvdir”.