Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) zəlzələ ilə bağlı yolinfrastrukturuna kompleks baxış keçirir.
Trend bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, 5 sentyabr tarixində səhər saat 10:45-dəBiləsuvarda baş vermiş zəlzələdən dərhal sonra ADY-nin FövqəladəHallar Komissiyası cənub zonasında müvafiq infrastrukturobyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndisqurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətiyoxlanılır.
Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədarolaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb.