AZ

“Ermənistanın hərəkətləri və danışığı şər-böhtandan ibarətdir” - ŞƏRH EDİLDİ

“Ermənistanda ciddi proseslər gedir. Orada Qarabağdan köçüb gedən ermənilərin böyük əksəriyyəti Rusiyaya və xaricə getmək istəyir. Lakin artıq Avropa ölkələri onları ölkələrinə buraxmırlar, çünki onların qeydiyyatı olmadığından və ya “070” kodunda olduğundan qəbul olunmurlar. Bu səbəbdən də ermənilər kütləvi şəkildə Ermənistan vətəndaşlığı alırlar. Artıq 3 min nəfər vətəndaşlığı alıb və onlar məhz yaşlılardır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, 4500 nəfər miqrasiyaya ərizə ilə müraciət ediblər: “Yəni onların Qarabağa qayıtmaq fikirləri yoxdur. Sadəcə olaraq bunu siyasi gündəmdə saxlamaq üçün hələ də dilə gətirirlər. Hətta Qarabağdan getmiş ermənilərin içərisində 50 nəfər qeyri-hökumət təşkilatı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət edərək, Qarabağdan güclə çıxarıldıqlarını və ora geri qayıtmaq istədiklərini bildiriblər.

Ermənilərin köçü başlamamışdan öncə Azərbaycan hökuməti rəsmi olaraq portal açdı və Qarabağ ermənilərinin yaşaması, işləməsi üçün müraciət etmək şanslarının olduğu bildirildi və yeganə şərt Azərbaycan Respublilası vətəndaşlığını qəbul etmələri oldu. Lakin onlar bunu qəbul etmədilər. O zamankı qeyri-qanuni Arsax hökumətinin sonuncu prezidenti Şahramanyanın çağırışı ilə əksəriyyəti getdi.

Ermənistanın hərəkətləri və danışığı hər zamankı kimi şər-böhtandan ibarətdir. Qarabağdan köçən ermənilərin də bir çoxu Ermənistanda yaşamaq istəmir, Rusiya və xaricə köçmək istəyirlər. Erməni icması bilməlidir ki, vaxtikən işğal etdikləri torpaqlarımızı artıq azad etmişik. Qərbi Azərbaycan İcması da öz torpaqlarına qayıtmaq istəyir. Buna görə də bu məsələ beynəlxalq təşkilatlar qarşısında qaldırılmalı və qalan torpaqlarımız da mütləq geri alınmalıdır”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
1
sia.az

2Mənbələr