AZ

Azərbaycan “yaşıl” tikinti sahəsində yeni təcrübələr qazanır

Azərbaycanda tikinti laihələrinin “yaşıllaşdırılması” istiqamətində ciddi addımlar atılır. Bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq üçün ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənir.

KONKRET.az xəbər verir ki, sentyabrın 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) regional direktoru İnes Roçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə də “yaşıl” tikinti sahəsində geniş müzakirələr aparılıb.

Komitə sədri BMK ilə əməkdaşlığın əhəmiyyətinə xüsusi önəm verərək, bu sahədə qlobal təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün növbəti birgə addımların atılmasının vacibliyinə diqqət çəkib. Bildirib ki, tikinti layihələrinin “yaşıllaşdırılmasını” və karbon emissiyasının minimuma endirilməsini təşviq edəcək müvafiq sertifikatlaşdırma işinin təşkili də ölkəmiz üçün olduqca önəmli məsələdir.

BMK-nın Avropa üzrə regional direktoru Azərbaycanın ekoloji cəhətdən təmiz tikinti materialları və aşağı karbonlu binaların təşviqi sahəsində səylərini yüksək qiymətləndirərək, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını qeyd edib. O, həmçinin BMK-nın dəstəyi ilə dünyanın 96 ölkəsində reallaşdırılan “yaşıl bina” layihəsi ilə bağlı qazanılmış qabaqcıl təcrübəni Azərbaycanla da bölüşmək istədiklərini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
konkret.az

1Mənbələr