AZ

Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərdə 2 milyard dollarlıq iş görüb

İndiyə qədər Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 2 milyard ABŞ dolları dəyərində iş görüb.

FED.az xəbər verir ki, bunu Türk Ticarət Sərgisinin təqdimat konfransında Türkiyənin Azərbaycandakı səfirliyinin baş ticarət müşaviri Murat Yaman bildirib.

"Azərbaycanla Türkiyə arasında iqtisadi-ticarət əlaqələri inkişaf edir, bütün sahələri əhatə edir. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır, məqsədimiz ticarət dövriyyəsinin dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır. Azərbaycan iqtisadiyyatı MDB bazarına açılan qapıdır", - deyə o əlavə edib.

Xatırladaq ki, Türk Ticarət Sərgisi bu il noyabrın 7-9-da Türkiyənin Ticarət Nazirliyinin himayəsi altında fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palataları Birliyi ilə əməkdaşlığı çərçivəsində İstanbul Sərgi Mərkəzində keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr arasında ticarət, sənaye, investisiya, texnologiya və xidmətləri inkişaf etdirmək, bu xidmətlərin dünyanın digər yerlərində marketinqini asanlaşdırmaq məqsədi daşıyır, dövlət səviyyəsində dəstəklənir. Sərgi çərçivəsində B2B görüşləri, konfranslar keçiriləcək.

2023-cü ildə Azərbaycanın türkdilli dövlətlərlə ticarət dövriyyəsinin dəyəri 9 milyard ABŞ dolları təşkil edib. (Report)

Seçilən
93
fed.az

1Mənbələr