AZ

Kremlin favorit namizədi Co Bayden idi - Putindən istehza

"ABŞ-dakı prezident seçkilərində Kremlin favoriti ABŞ-ın hazırkı prezidenti Co Bayden olub".

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (EEF) plenar iclas zamanı təbəssümlə deyib.

 

"Lakin o, seçkilərdə iştirakdan imtina etmək qərarına gəldiyindən və tərəfdarlarını vitse-prezident Kamala Harrisi dəstəkləməyə çağırdığından Kreml bunu edəcək", - Putin istehza edib.

 

Rusiya prezidenti gülümsəyərək əlavə edib: “O qədər "yoluxucu" gülür ki, adamda elə təəssürat yaranır ki, onunla hər şey qaydasındadır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
1
modern.az

2Mənbələr