İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev barəsində həbs qərarı verilib.
Modern.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qərarı seçilib.
Qeyd edək ki, o ötən gün saxlanılıb.Onunla birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da saxlanılmışdı. O, eyni zamanda Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır. Ə.Süleymanov haqda hələ ki, məhkəməyə təqdimat daxil olmayıb.