AZ

Putin: “Ukraynanı yadplanetlilər idarə edir”

“Rusiya Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF) plenar iclasında deyib.

Dövlət başçısı qeyd edub ki, ölkəsi İstanbul razılaşmasının parametrləri əsasında danışıqları bərpa edə bilər:

“Ukrayna tərəfi ilə 2022-ci ildə İstanbulda razılaşdırılmış parametrlər əsasında danışıqlara hazırıq. Biz kimlərlə mübarizə apardığımızın fərqindəyik. Qarşı tərəf xalqların mənafeyinə dəyər vermir, öhdəliklərdən imtina edir və razılıqları ayaq altına atır. Onlar ciddi itkilər verir, amma mübarizə davam edir. Hərdən düşünürəm ki, Ukraynanı yadplanetlilər və ya əcnəbilər idarə edir. Hiss olunur ki, hakimiyyətdə təmsil olunan şəxslərin yaxınları döyüşmür, ölkədən qaçıblar”.

Rusiya lideri tərəflər arasında vasitəçi ola biləcək ölkələrin də adını çəkib:

“Hesab edirəm ki, Çin Braziliya və Hindistan danışıqlarda vasitəçi ola bilər”.

Məlik,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
konkret.az

1Mənbələr