AZ

Ronaldo onun transferini tələb edir

Adrien Rabio Səudiyyə Ərəbistanında oynaya blər. Fransa millisinin üzvünə “Əl Nəsr” müştəri düşüb.

Futbolinfo.az xəbər verr ki, hazırda azad agent olan yarımmüdafiəçi bir sıra klubla danışıq aparır. Amma onun yüksək maaş tələblərini heç kim qəbul etmir. Sonuncu dəfə “Milan” 29 yaşlı futbolçudan imtina edib.

Belə birvəziyyətdə ön plana çıxan “Əl Nəsr”n istəyi təsadüfi deyil. Rabionun keçidini vaxtilə onunla “Yuventus”da birlikdə oynamış Kriştianu Ronaldo istəyir. Ərəb klubunun lideri rəhbərliyə Adrienin alınmasını tövsiyə edib. Asiyalılar yarımmüdafiəçini razı salmaq üçün hərəkətə keçib.

5 il oynadığı “Yuventus”u bu yay tərk edən Rabionun niyyəti Avropada qalmaqdır. Amma onun maliyyə tələblərini yalnız ərəblər qarşılaya bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
futbolinfo.az

1Mənbələr